Bakıda 19 mart tarixində Novruz bayramına həsr edilən veloyürüş keçirilib. Yürüşdə 30 həvəskar velosipedçi iştirak edib. Bu barədə Report məlumat verib.
Məlumatda qeyd olunub ki, tədbirin əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliğidir. Sözügedən veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, paytaxtın bir sıra mərkəzi küçələrində velosiped zolaqlarının salınması işləri həyata keçirilir. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 kilometr uzunluğunda olan velosiped yolunun 1,6 kilometrinin tikintisi yekunlaşıb.