Bakıda yerləşən “Şərq-Qərb” tibb mərkəzinə cərimə protokolu yazılıb. Səbəb sertifikasiyadan keçməyən işçilərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasıdır. Bu haqda martın 30-da Report məlumat yayıb.
“Şərq-Qərb Təbabəti” MMC barəsində “sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması” maddəsilə inzibati protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Bu xətaya görə, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.