Bakının Suraxanı rayonunda 32 yaşlı qadını avtomobil vurub. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Nəbiyeva İradə Məhəmməd qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.