Bakı-Ələt yolunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bu barədə noyabrın 26-da Bakupost xəbər verib.
Məlumata görə, "Mercedes" markalı avtomobillə "Qazel" markalı yük maşını toqquşub. Hadisə zamanı "Qazel" aşıb, içərisində olan mandarinlər isə yola dağılıb.
Qəza nəticəsində bir nəfər yaralanıb.
İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün yuxulu olması olub.
Video: BakuPost
[playlist type="video" ids="95842"]