Bakı Apellyasiya Məhkəməsinin üç hakimi vəzifəsindən azad edilir. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilir:
- Kərimli İlham Əziz oğlu;
- Qasımov Faiq Adil oğlu;
- Məhərrəmova Şeyda Ədalət qızı.
Qeyd edək ki, qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.