Bakıda avtomobil piyadanı vurub. Bu barədə 6 yanvar tarixində APA məlumat verib.
Hadisə Nəsimi rayonu, R.Behbudov küçəsi, 130 ünvanında qeydə alınıb.
Kərim Ələsgərov idarə etdiyi avtomobillə Hümbət Tanrıverdiyevi vurub. Sürücü piyadanı xəstəxanaya çatdırıb. Hümbət Tanrıverdiyev xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.