Bakıda dönərxanada yanğın baş verib. Bu barədə 10 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 25 kvadratmetr olan birmərtəbəli obyektin (dönərxana kimi fəaliyyət göstərir) xarici divarına quraşdırılan elektrik sayğacı və 3 ədəd elektrik açarı yanıb.
Obyekt yanğından mühafizə olunub.