Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb. Bu barədə 5 yanvar tarixində APA məlumat verib.
Belə ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, heç kəsin qapını açmadığını bildirib.
Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.