Bakı metrosunda sərnişin dünyasını dəyişib. Bu barədə 10 yanvar tarixində APA məlumat verib.
Belə ki, "20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
İlkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.