Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 dekabr tarixində xəbər verir.
İki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən 32 yaşlı Afiyəddin Kərimov saxlanılıb.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitenin Polis Şöbəsində araşdırmalar davam etdirilir.