Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 dekabr tarixində APA məlumat verib.
Bu gün səhər saatlarında Xızının Giləzi qəsəbəsi ərazisində mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.