Bakı-Quba yolunda növbəti qəza qeydə alınıb. Bu barədə Apa 17 dekabr tarixində məlumat verib.
59 yaşlı Rəfail Məmmədovun idarə etdiyi 99-XT-405 markalı yük maşını aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıblar.
Bu səbəbdən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_98324" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]