M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-də inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib. Bu barədə 24 dekabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri yaradılıb, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırma işləri görülüb.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metrdir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb.