Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Hadisə paytaxtın A. M. Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Əliyev Azim Vahid oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.