Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Həsənova Afaq Əvəz qızını vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.