Bakının Xətai rayonunda 25 yaşlı gənc oğlanı avtomobil vurub. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Məhərrəmov Tariel Vidadi oğlunu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.