Bakıda 28 yaşlı oğlan özünü binanın eyvanından atıb. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Hadisə dekabrın 5-i saat 10 radələrində paytaxtın Xətai rayonunda, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Bəşirov Hidayət Kərim oğlu 20 mərtəbəli binanın 6-cı mərtəbəsinin eyvanından özünü aşağı ataraq intihara cəhd edib.
O, aldığı kəllə-beyin travması, döş qəfəsinin əziyi, sağ bud sümüyünün sınığı xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.