Bakıda 31 yaşlı şəxs bıçaqlanıb. Bu barədə 17 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 15-də Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Muradov Kamran Elçin oğlu tanışı, 1991-ci il təvəllüdlü Məmmədov Ümid Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra K.Muradov bıçaqla onun baş, boğaz və kürək nahiyələrinə zərbələr endirib və hadisə yerindən qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Şübhəli bilinən K.Muradov saxlanılıb.