Bakının Xətai rayonunda 37 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 4 yanvar tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Seyidov Vaqif Ramazan oğlunu vurub.
Yaralı Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.