Bakıda 39 yaşlı şəxs intihar edib. Bu barədə 12 dekabr tarixində Report məlumat verib.
Hadisə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Mustafayev Emil İsgəndər oğlu yaşadığı evin həyətində iplə özünü asaraq intihar edib.
E.Mustafayev ailəli olub.
Faktla bağlı araşdırma aparılır.