Bakıda ağır yol qəzası baş verib. Bu haqda 2 yanvar tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə Nizami rayonunda, "ASK Arena" yaxınlığında qeydə alınıb. Qəza "Mercedes" markalı avtomobilin yüksək sürətlə "Toyota"nın qarşısına çıxaraq ona çarpılması nəticəsində baş verib.
Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Digər iki nəfər müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib. Lakin həkimlərin göstərdiyi səylərə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Beləliklə qəza nəticəsində: nəqliyyat vasitələrinin sürücüləri - 26 yaşlı Vüqar Abdullayev və 29 yaşlı Pərviz Əlizadə, eləcə də onların sərnişinləri - 29 yaşlı Aytəkin Allahyarova, 26 yaşlı Jalə Aslanova və 22 yaşlı Könül Namazova həyatlarını itiriblər.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.