Bakının Sabunçu rayonunda 7 yaşlı uşaq yeniyetmə tərəfindən bıçaqlanıb. Bu barədə noyabrın 18-də APA xəbər yayıb.
Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik edən və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb. Miraşnçyonko Artyom Arturoviçin kürək nahiyəsinə bıçaq zərbələri endirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 12 yaşlı B.M saxlanılıb. İddia edilir ki, onlar arasında mübahisə pul üstündə olub.
Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.