Bakıda 83 yaşlı kişini avtomobil vuraraq öldürüb. Bu barədə 17 noyabr tarixində APA məlumat verib.
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsal Əliyev idarə etdiyi avtomobillə 1939-cu il təvəllüdlü Ağaməli Nağıyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.