Bakıda yaşlı qadın dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bu barədə 12 dekabr tarixində Oxu.az məlumat verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. 95 yaşlı Riqalova Ksenya Lazerevna yaşadığı evdə dəm qazından zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.