Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report 17 dekabr tarixində məlumat verib.
22 yaşlı Zamin adlı şəxsin idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub.
Nəticədə motosikletin sürücüsü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.