Bakıda avtomobil naməlum piyadanı vuraraq öldürüb. Bu barədə 15 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 14-ü saat 16:24-də paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, 155-in qarşısında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Müseyibov Sənan Tehran oğlu idarə etdiyi "Tayota" markalı avtomobillə 35-40 yaşlarında naməlum kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.