Bakıda avtomobil qadını vuraraq öldürüb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 9-da Yasamal rayonunda, Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Quliyev Məhərrəməli Ataxan oğlu idarə etdiyi "Qaz-24" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1961-ci il təvəllüdlü Əliyeva Anaxanım Babahəsən qızını vurub. Nəticədə A.B.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.