Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda İnsanoid DİN-ə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Dekabrın 24-də saat 20:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər, Tunar orada ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.