Bakıda avtomobildə sürücü müştərini döyüb. Bu barədə noyabrın 21-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Noyabrın 18-də saat 23 radələrində polisə Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Rzazadə müəyyən edilərək saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.