Səbail rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 3 dekabr tarixində xəbər verir.
Səbail rayonu, Nizami küçəsində “Hyundai” markalı bir avtomobilin şüşəsinin sındırılaraq içərisində 400 manat, 100 ABŞ dolları və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yevgeniy Varotnikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.