Bakıda beş avtobusun hərəkət istiqaməti dəyişdirilib. Bu barədə 17 noyabr tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Buna səbəb Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir işləridir.
Həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.