Bakının Qaradağ rayonunda fəhlə iş başında olarkən vəfat edib. Bu barədə noyabrın 17-də APA xəbər yayıb.
Hadisə noyabrın 16-sı saat 15:00 radələrində Baş Ələt qəsəbəsində baş verib. Müvəqqəti işçi düşərgəsində fəhlə kimi çalışan Tahir Məmmədov su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Mərhumun 46 yaşı var idi.
Faktla bağlı cinayət işi başlanıb