Bakıda həbs edilən şəxsə - təcridxanaya narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə 21 dekabr tarixində Report məlumat verir.
Məlumata əsasən, Şirvan şəhər sakini Sübhan Babayevin 11 il müddətinə azadlıqdan məhrum edilmiş qonşusu, məhkum Daşqın Axundzadəyə gətirdiyi sovqata baxış keçirilən zaman orada olan ayaqqabının dabanında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,799 qram olan narkotik maddə - heroinin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.