Bakı şəhərinin mərkəzində bu dəqiqələrdə etiraz aksiyası keçirilir. Bu haqda məlumatı Azfront verir.
Belə ki, Fəvvarələr meydanında keçirilən aksiyada iştirakçılar ictimai fəal Bəxtiyar Hacıyevin azad olunmasını tələb edirlər.
Hal-hazırda “Nərgiz” Ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb. Aksiya iştirakçıları polis tərəfindən saxlanılırlar.
Sakilərdən bu ərazidən keçməmək tövsiyə olunur.