Bakıda iki avtomobil toqquşub. Bu barədə 21 noyabr tarixində APA məlumat verib.
Hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Murad Rüstəmovun idarə etdiyi "Kia Cerato" markalı avtomobillə Nuru Ələkbərovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub.
Nəticədə Murad Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.