Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 10 noyabr tarixində “Qafqazinfo” məlumat verib.
Belə ki, iki gün əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 2 yaşlı iki uşaq siçan dərmanından zəhərləniblər. Qardaşlar xəstəxanaya çatdırılsalar da, vəfat ediblər.
Həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin həmin iki uşaqdan başqa, övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.
Faktla bağlı araşdırma aparılır.