Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində xəbər verir.
Hər mərtəbəsi 100 kv.m, ümumi sahəsi isə 200 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.