Bakıda kafedə qadın kişini bıçaqlayıb. Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi, 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.
Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.