Bakıda kişini elektrik cərəyanı vurub. Bu barədə 26 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə ötən gecə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. 35 yaşlı Məmmədov Malik Etibar oğlunu elektrik cərəyanı vurub. Nəticədə o, yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.