Bakıda köşk qarət olunub. Bu barədə İnsanoid Lent.az-a istinadən bu gün, 2 dekabr tarixində məlumat verir.
Gecə saat 04:00 radələrində Xətai rayonu "8 Noyabr" prospektində iki nəfər Sabirabad rayon sakini 20 yaşlı İbrahimli Elmir Rüfət oğlunun satıcı işlədiyi köşkə yaxınlaşıb. Onlardan biri belindən dəmir parça çıxararaq, onu hədələyib.
Bu yolla köşkdə olan 750 manatı ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Mehdi Abaszadə saxlanılaraq, istintaqa təhvil verilib.