Bakıda geyim mağazası qarət olunub. Bu haqda dekabrın 7-də Lent.az xəbər yayıb.
Belə ki, mağazadan 950 manat pul və 8 000 manat dəyərində geyim əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq əməlini törədən E.Əlimuradov və H.İsmayılov saxlanılıblar.