Bakının Nərimanov rayonunda yerləşən mənzillərin birində meyiti tapılan 4 nəfər şəxsin adları məlum olub. Bu barədə 6 yanvar tarixində Baş Prokurorluq açıqlama verib.
Belə ki, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün baş vermişdir.