Azərbaycan Hökumətinin təşəbbüsü ilə Bakıda “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda 3 günlük beynəlxalq tədbir keçirilir. Bu barədə noyabrın 17-də Report xəbər yayıb.
Tədbirdə 28 ölkədən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat və şirkətlərin 60 nümayəndəsi iştirak edəcək.
İştirakçılar tərəfindən mina təhlükəsi ilə mübarizədə müasir qlobal çağırışlar müzakirə olunacaq və yeni həll üsullarının tətbiqi mövzularında prezentasiyalar göstəriləcək. Həmçinin əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunacaq.
Qeyd edək ki, tədbir noyabrın 16-dan 18-dək davam edəcək.