Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub. Bu haqda İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Noyabrın 26-sı saat 22:00 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində Bakı şəhər sakini İ.Zeynalovaya zor tətbiq edib pulunu və gümüş qolbağını talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tural Bağırzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.