Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda dekabrın 10-11-də bu ölkənin Kino Günləri keçiriləcək. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Bakı tamaşaçılarına “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.
Filmləri “Kenje Kiz” cizgi filminin rejissoru İvan Ardaşov və “Alga” filminin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.
Filmlər “Nizami” Kino Mərkəzində nümayiş olunacaq. (Ünvan: Bülbül prostekti, 20).
Giriş pulsuzdur.