Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollardakı vəziyyəti açıqlayıb.
Sıxlıq olan yollar aşağıdakılardır:
- Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
- Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- 20 Yanvar dairəsində;
- Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
- Heydər Əliyev prospekti, əsas və köməkçi yol, mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsi;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.