Bakıda özünü yandıran kişi ölüb. Bu barədə 21 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb. O, dərhal xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.