Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda İnsanoid DİN-ə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Dekabrın 24-də saat 07:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.