Hazırda Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Bu barədə noyabrın 28-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda bu yollarda sıxlıq müşahidə edilir:
- Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
- Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- 20 Yanvar dairəsində;
- Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
- Heydər Əliyev prospekti, Koroğlu m/st-nın qarşısı əsas və köməkçi yol, mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.