Bakının Sabunçu rayonunda zəncirvari qəza baş verib. Bu barədə noyabrın 16-da Report xəbər yayıb.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Bir neçə avtomobilin toqquşması nəticəsində sərnişin, 31 yaşlı Ağazadə Türkan Fariz qızı xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb.